Bakıda boşanmaq istəyən qadın zorla maşına mindirildi – Videobackend

Bakıda boşanmaq istəyən qadın zorla maşına mindirildi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılıb.

Tribunainfo.az unikal-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Görüntülərdə 3 nəfərin qadını zorla “Opel” markalı avtomobilə mindirdiyi görünür.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:
“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.