backend

Bakı və Sumqayıtın bir hissəsi işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayışın baş verməsi nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb. 

Bu barədə TİA.AZ-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, baş verən hadisə ilə əlaqədar şirkətin şəbəkəsində qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.

“Qeyd olunan problem aradan qaldırılandan sonra fasilələr aradan qaldırılacaq”,- deyə Tanrıverdi Mustafayev bildirib.