Bakı sakinini fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutuldubackend

Bakı sakinini fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı sakinini fotoşəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 22-də polisə müraciət edən Bakı şəhər sakini bir nəfərin onun fotoşəkillərini sosial şəbəkədə paylaşmasını və hədə-qorxu gələrək hesabına 380 manat ödətdirməsini deyib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakini Cahangir Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.