“Bakcell Arena”ya Banişevskinin adı veriləcək? – Açıqlamabackend

“Bakcell Arena”ya Banişevskinin adı veriləcək? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”nın şirkətlə sözləşməsi başa çatıb və stadionunun adı dəyişdiriləcək. 

Maraqlıdır, arenaya “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin adı verilə bilərmi?

Bu sualı paytaxt klubunun prezidenti Kamran Quliyev jurnalistlərə açıqlamasında cavablandırıb:

“Bakcell Arena”nın adını dəyişdirilməsi bizdən asılı deyil. AFFA -ya məxsus olan stadiondur. Gələcəkdə təmir işləri ilə bağlı planlarımız var. Daha çox gəlir əldə etmək üçün kommersiya yönlü işlər görəcəyik. Amma stadiona ad vermək məsələsi bir günün işi deyil. Bu, ölçülmüş qərar olmalıdır. Anatoli Banişevskiyə gəlincə isə, onun layiq olmadığı bir şey yoxdur. Banişevskinin adı ilə “Neftçi”nın adını bir sətirdə yaza bilərik, bir tərəziyə qoyuruq. Onu belə görürük”.