AZYAŞLINI 37 YAŞLI KİŞİYƏ ƏRƏ VERƏN AİLƏNİ HANSI CƏZA GÖZLƏYİR?backend

AZYAŞLINI 37 YAŞLI KİŞİYƏ ƏRƏ VERƏN AİLƏNİ HANSI CƏZA GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

13 yaşlı uşağın 37 yaşlı boşanmış kişiyə ərə verilməsi mətbuatın və sosial şəbəkələrin əsas müzakirə obyektinə çevrilib. Azyaşlı ailəsindən alınaraq sığınacağa yerləşdirilib. Hamını marqlndıransa azyaşlını istəmədiyi halda təhsildən yayındırıb ərə germəyə məcbur edən ailəyə veriləcək cəzadır.

Tribunainfo.az yazır ki, Cinayət Məcəlləsinin 176-1 maddəsinə əsasən qadını nikaha daxil olmağa məcbur etməyə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 176-1.2. maddəsinı görə isə, yəni eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.