“AZƏRSU” QARAÇUXURU ÜÇ GÜNDÜR QARA GÜNƏ QOYUB – ŞİKAYƏTbackend

“AZƏRSU” QARAÇUXURU ÜÇ GÜNDÜR QARA GÜNƏ QOYUB – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərsu ASC 3 gündür Qaraçuxur sakinlərini su üzünə həsrət qoyub.

Tribunainfo.az xəbər verir ki, bu barədə vətəndaş Ülfət Hüseyn sosial şəbəkədə məlumat paylaşıb. Şikayətçi qeyd edib ki, bu müddət ərzində dəfələrlə ASC-nin qaynar xəttinə müraciət etsələr də, problem həllini tapmayıb:

“Qaraçuxur qəsəbəsinə 3 gündür su gəlmir, gah deyirlər bərpa işləri gedir, gah deyirlər təzyiq aşağıdı 9 cu mərtəbədə qaldığınız üçün sizə qalxmır. Necə edək indi? Bizə 1-ci mrtəbədən ev alın, biz də köçək ora. Camaat qalıb susuz, belə biabırçılıq olar?”.

Qeyd edək ki, artıq bir müddətdir Azərsu qənaət rejiminə keçib. Suyun israf olunmaması üçün bəzi ərazilərdə suyun fasilələrlə verilişinə başlanılıb. Görünür, qənaət adı ilə bəzi yerlərə su günlərlə verilmir, ya da təzyiqi çox aşağı salındığı üçün hündürmərtəbəli binalara qalxmır.

Tribunainfo.az