“AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA YENİ MÜHARİBƏ İSTİSNA DEYİL” – AKARbackend

“AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA YENİ MÜHARİBƏ İSTİSNA DEYİL” – AKAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində vaxtaşırı baş verən atışmalar və gərginlik narahatlıq doğurur.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, türkiyəli nazir yeni eskalasiya təhlükəsindən və sülh yolu ilə razılığa gəlmək üçün uğursuz cəhdlərdən danışıb.

Akar yazıb: “Vəziyyət qeyri-sabitdir və sülh sazişinin erkən imzalanmasına olan ümidimiz getdikcə azalır… Münaqişə hazırda dondurulsa da, razılaşmanın uzadılması ilə döyüşlərin yenidən başlaması riski artır”.

Zəngəzur dəhlizinin açılması məsələsinə toxunan türkiyəli nazir qeyd edib ki, bu dəhliz heç bir başqa ölkə üçün təhlükə yaratmır və regionda əməkdaşlığa, sabitliyə və inkişafa töhfə verəcək.