Göyçay rayonunun Qaraməryəm kəndində “Kompleks” adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınması haqda xəbər yayılıb.
TİA.AZ xəbər verir ki, məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.
AZXEBER.COM məlumatı dəqiqləşdirmək üçün Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb.
O bildirib: “Bu məlumat əsassızdır. Qəsəbəyə giriş-çıxış bağlanmayıb və heç bir məhdudiyyət yoxdur”.
Qeyd edək ki, qəsəbəyə giriş-çıxışın bağlanması ilə məlumat daxil olub.