Azərbaycanda yeraltı təkanlar günü-gündən artır: Güclü zəlzələ gözlənilirmi?backend

Azərbaycanda yeraltı təkanlar günü-gündən artır: Güclü zəlzələ gözlənilirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.
“Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seysmik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun”, deyə Qurban Yetirmişli vurğulayıb