Azərbaycanda vəzifəli şəxs həbs edildibackend

Azərbaycanda vəzifəli şəxs həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda rüşvət almada təqsirləndirilən E.Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Tribunainfo.az-ın məlumatına görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, E.Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyun 33 ha torpaq sahiəsinin icarəyə verilməsi üçün vətəndaşdaşdan 7 min manat rüşvət alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib. Daha sonra vətəndaş Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və E.Cəfərov həbs olunub.  /Pravda.az/