Azərbaycanda məşhur şirkət məhkəməyə VERİLDİbackend

Azərbaycanda məşhur şirkət məhkəməyə VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Improtex Trucks and Buses” Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində inzibati qaydada protokol yazılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati xəta müəyyən edilib.

“Improtex Trucks and Buses” MMC barəsində yazılmış protokol araşdırılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Somaz Mustafayevanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası iyunun 1-nə təyin olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, MMC 2005-ci ildən fəaliyyətə başlayıb. Şirkət “MAN” markalı yük avtomobilləri və avtobuslarının Azərbaycanda yeganə və rəsmi təmsilçisidir.