Azərbaycanda iki dövlət qurumu birləşdirilə bilərbackend

Azərbaycanda iki dövlət qurumu birləşdirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin struktur islahatlarının davamı kimi yaxın zamanlarda Mənzil İnşaat Dövlət Agentliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdiriləcəyi gözlənilir.

Təhlillər zamanı yeni yaradılmasına baxmayaraq, MİDA-nın Komitə ilə paralellik təşkil etdiyi müəyyənləşib. Həmçinin, bildirilir ki, MİDA-ya rəhbərliyi zamanı öhdəsinə düşənləri layiqincə yerinə yetirməsi ilə Samir Nuriyevin daha çox etimad qazanması, ona bu yükün altına girməyə imkan verəcək.

Qeyd edək ki, 2007-ci ildən Komitəyə rəhbərlik edən Abbas Ələsgərov bu ilin fevralında 81 yaşında vəfat edib.

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilən S.Nuriyev isə buna qədər MİDA-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.