Xəbər verildiyi kimi, yanvarın 4-də Tarif Şurasının iclası keçriilib.
TİA.AZ xəbər verir ki, iclasda qəbul edilən ən mühüm qərar Aİ-92 benzinin və dizel yanacağının qiymətinin artırılması olsa da, burada daşınmaz əmlakla əməliyyatların tarifləri , o cümlədən evlərin özəlləşdirilməsi tarifləri də 2 dəfə artırılıb.
Belə ki, özəlləşdirmə tarifləri:
– Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.
Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:
– sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)
– sahəsi 100 m2-dən 500 m2-dək – max 980 AZN (əvvəl 490 AZN)
Mənzillər üzrə:
– sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda – 20 AZN (əvvəl 12 AZN)
– sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):
– pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN
– kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN
(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib)
Həyətyanı və bağ sahələri üzrə:
– sahəsi 0,12 ha-dək olduqda – 20 AZN (əvvəl 12 AZN)
– sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün – 1,7 AZN (əvvəl 1 AZN)
Orta hesabla bütün qiymətlər 2 dəfə artıb.