Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? – Elm və Təhsil Nazirliyi AÇIQLADI\VİDEObackend

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? – Elm və Təhsil Nazirliyi AÇIQLADI\VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə səsləndirdiyi bir fikir geniş müzakirə mövzusuna çevrilib. Söhbət məktəblərdə dərslərin sentyabrın 1-i başlamasından gedir.

Referans.az-ın məlumatına görə, mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır.

Ekspertin fikrincə, dünya ölkələrində dərslər havanın temperaturuna uyğun şəkildə başlayır. Bu səbəbdən də ölkəmizdə dərslər sentyabrın 1-i başlamalı və mayın 31-i bitməlidir. Çünki Azərbaycanda sentyabrın 1-i ilə 15-i arasındakı hava temperaturu, iyun ayının 1-dən 14-ə qədər olan temperturla eyni deyil.

Ekspertin fikrincə, dərslərin sentyabrın 1-i başlaması həm də 34 həftəlik dərs yükünün tam şəkildə təşkil edilməsinə şərait yaradacaq.

“Qəbul imatahanlarının mart ayında keçirildiyi i nəzərə alsaq, bu həm də şagirdlərə imatahan üçün əlavə 2-3 həftə qazandıracaq. Bu qərarın qəbul olunması həm də maliyyə problemlərini də aradan qaldıracaq”,- deyə ekspert bildirib.

Qeyd edək ki, nazir Emin Əmrullayev bugünlərdə çıxışı zamanı təhsil işçisi kimi məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasını daha uyğun hesab edib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur.

Referans.az mövzu ilə bağlı Xəzər tv-nin daha ətraflı hazırladığı videomaterialı təqdim edir: