Azərbaycanda dəhşətli qəza: Yük maşınları toqquşdu, ölənlər var (VİDEO)backend

Azərbaycanda dəhşətli qəza: Yük maşınları toqquşdu, ölənlər var (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki “Ford” markalı yük maşını ilə “ATEGO” markalı yük avtomobili toqquşub.
“Report”un məlumatına görə, Nəticədə Qarayev Yaşar Maarif oğlu, Qəbələ rayon sakinləri Əliyev Rəşad Ədalət oğlu və 1980-ci il təvəllüdlü Ağammədov Yasin Sədiyar oğlu dünyasını dəyişib, 1989-cu il təvəllüdlü Ağəmmədov Teymur Yarəməd oğlu isə ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər.
Faktla bağlı araşdırma aparılır.