Azərbaycanda 9-cu sinifdə oxuyan qız məktəb binasından necə yıxılıb?backend

Azərbaycanda 9-cu sinifdə oxuyan qız məktəb binasından necə yıxılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsmayıllıda 15 yaşlı yeniyetmə qız məktəb binasından yıxılıb. Hadisədən sonra o, Bakıya gətirilib.
Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasının Uşaq neyrocərrahiyyə şöbəsində müalicə alan doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü yeniyetməyə baş çəkilib səhhəti ilə maraqlanılıb.

Tribunainfo.az xəbər verir ki, “Xəzər Xəbər”ə danışan qız deyib ki, hadisə oxuduğu Kürdmaşı kənd orta məktəbində baş verib. Amma o, hadisənin necə baş verdiyini xatırlamadığını deyir. Bildirib ki, hazırda səhhəti yaxşıdır.

Neyrocərrah Rəfael Bayramov 15 yaşlı yeniyetmənin İsmayıllıda tam müayinə olunduqdan sonra təcili tibbi yardım maşını vasitəsi ilə Bakıya göndərildiyini deyib.
Mütəxəssis bildirib ki, pasiyentin huşu aydındır və nevroloji problemləri yoxdur.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə də əlaqə saxladıq. İdarənin məsul şəxsi Anar Osmanlı bildirib ki, həmin şagirdin dərsə davamiyyətində heç bir problem olmayıb, qiymətləri isə ortadır. Məktəb yoldaşları ilə də heç bir psixoloji sarsıntı yaşamayıb: “Hadisənin başvermə səbəbləri hüquq – mühafizə orqanları tərəfindən araşdırılır, nəticəsi barədə məlumat veriləcək”.