Azərbaycana pul köçürmələri azalıb – SƏBƏB

Azərbaycana pul köçürmələri azalıb – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın məlumatına görə, ötən il Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilmiş pul baratlarının həcmi yarıbayarı azalaraq $1 milyardan $497 milyona düşüb. Bu göstərici 2019-2024-cü illərdə ən aşağı həddir. Halbuki 2022-ci ildə Rusiyadan göndərilən vəsaitlərin həcmi rekord həddə – $3 milyarda çatmışdı.

Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev məlumat paylaşıb. O bildirib ki, ümumiyyətlə, ölkəyə bütün ölkələrdən daxil olan pul vəsaitlərin həcmində 35%-ədək azalma baş verib:

“2024-cü ildə pul baratlarının ümumi həcmi azalaraq $1,7 milyarddan $1 milyarda düşüb. Azalmanın əsas səbəbkarı Rusiya olub. Belə ki, $572 milyonluq azalmanın $551 milyonu Rusiyanın payına düşüb.

Azalmanın səbəbi Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində biznesin getdikcə çətin duruma düşməsi və bu ölkədən xaricə valyuta köçürmələrinə tətbiq edilmiş məhdudiyyətlərdir”.

Nigar