“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC barəsində icraat başladılıb.
Tribunainfo.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin valyuta tənzimi qaydalarının pozulmasına görə cərimələnib.
Belə ki, tələbi pozulan 430.4. maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin işinə 15 fevral tarixində Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.