AZƏRBAYCAN  VƏ ERMƏNİSTAN BAŞ NAZİRLƏRİNİN MÜAVİNLƏRİ MÜHÜM GÖRÜŞ KEÇİRƏCƏKbackend

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN BAŞ NAZİRLƏRİNİN MÜAVİNLƏRİ MÜHÜM GÖRÜŞ KEÇİRƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir həftə sonra biz Ermənistan və Azərbaycanın baş nazir müavinləri ilə texniki detalları müzakirə edəcəyik, lakin onlar çox vacib detallardır”.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, söhbət Azərbaycanla Ermənistan arasında sərhədin keçmə prosedurundan gedir.

“Sərhəd nəzarəti və sərhəddə gömrük nəzarəti necə həyata keçiriləcək”, o izah edib.

Xatırladaq ki, dünən Putin bir həftədən sonra Rusiya, Azərbaycan və Ermənistan hökumətlərinin baş nazir müavinlərinin görüşərək “aydınlaşdırılmamış məsələləri” aradan qaldıracaqlarını bildirmişdi.