Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyi və fitosanitar nəzarətlə bağlı təlimə start verilibbackend

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyi və fitosanitar nəzarətlə bağlı təlimə start verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabr 1-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyi və fitosanitar nəzarətlə bağlı təlimə start verilib. İki gün davam edəcək təlimin birinci günündə qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Qordana Ristiç və fitosanitar nəzarət üzrə ekspert Aleksa Obradoviç “Risk əsaslı yoxlama – ümumi yanaşma və Avropa Birliyi ölkələrinin təcrübələri”,  “İnspektorların yoxlamaya yanaşmalarının vahidləşdirilməsi – yoxlama vərəqləri və metodologiya”,  “Ziyanvericilərin risk analizi”,  “İdxalda  risklərin təhlili”  mövzularında təqdimatla çıxış ediblər.  Təlimdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı  və regional idarələrinin əməkdaşları iştirak edib.

Təlimin ikinci günündə AQTA əməkdaşları beynəlxalq ekspertlərlə birlikdə bitki mənşəli məhsulların istehsalı müəssisələrinə baxış keçirəcək. Sonda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Qeyd edək ki, təlim Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanın İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” layihəsi çərçivəsində keçirilir.