Azərbaycan Premyer Liqasında 21-ci tura start verilirbackend

Azərbaycan Premyer Liqasında 21-ci tura start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Premyer Liqasında bu gün 21-ci tura start veriləcək.
Tribunainfo.az -ın məlumatına görə, turun ilk qarşılaşması “ASCO Arena”da baş tutacaq. “Qarabağ” səfərdə “Səbail”in qonağı olacaq.
İlk oyun gününün son matçı Masazırda, hazırda baş məşqçisiz olan “Sabah”la “Turan Tovuz” arasında  keçiriləcək. Bakı təmsilçisini bu görüşə İqor Ponomaryov çıxaracaq.
Azərbaycan Premyer Liqası, 21-ci tur
 
3 fevral (şənbə)
15:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”
17:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”
“Qarabağ” – 47, “Neftçi” – 32, “Sumqayıt” – 31, “Zirə” – 30, “Səbail” – 27, “Araz-Naxçıvan” – 27, “Sabah” – 26, “Turan Tovuz” – 25, “Kəpəz” – 17, “Qəbələ” – 14