Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaqbackend

Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq.

Tribunainfo.az-ın məlumatına görə, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.

İlk olaraq “Qəbələ” və “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb – 2:1.

Nəhayət, ikinci finalçınin adına Azərbaycan derbisində aydınlıq gələcək. “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini 4 cavabsız qolla üstələyib.