“Azarkeşlər qan görmək istəyir” – Tofiq Musayev+Videobackend

“Azarkeşlər qan görmək istəyir” – Tofiq Musayev+Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Güman edirəm ki, maraqlı görüşümüz olacaq. Döyüşə gələn azarkeşlər qan görmək istəyir”.

Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabli ilə keçiriləcək görüşdən öncə deyib.

İdmançımız tarix yazmaq istədiyini bildirib: “Burada yer almaq hər idmançının arzusudur. Şabli ayaqüstə yaxşı döyüşür. Onunla gərgin və maraqlı olacaq. Tarix yazan idmançıların arasında olmaq istəyirəm. Əlbəttə ki, heç nə asan olmur”.

Qeyd edək ki, Tofiq Musayevlə Aleksandr Şabli arasında döyüş martın 11-də ABŞ-ın San-Xose şəhərində baş tutacaq. Yarışın mükafat fondu isə 1 milyon dollardır.