Aybəniz Haşımova Fidan Hacıyevanın möhtəşəm festivalından yazdıbackend

Aybəniz Haşımova Fidan Hacıyevanın möhtəşəm festivalından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 27-dən mayın 3-dək Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək. Festival Mədəniyyət Nazirliyinin və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən təşkil ediləcək.

Tribunainfo.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera mədəniyyəti sahəsində yeni istedadların kəşfi və onlara dəstək olmaqdan ibarətdir.

Festivalın nüfuzlu qonaqları arasında müxtəlif xarici ölkələrdən gəlmiş sənətkarlar yer alacaq.

Həmkarı Aybəniz Haşımova Fidan Hacıyevanın bu təşəbbüsünü möhtəşəm iş adlandırıb. Festival barədə danışan A. Haşımova bildirib ki, möhtəşəm tədbirdə onun iki tələbəsi də çıxış edəcək:

“Əziz Fidan Hacıyeva, gözəl insan, əziz dost,fədakar xanım, sənətkar. Musiqimiz üçün, onun inkişafı üçün hazırladığınız bu möhtəşəm festivalın misli yoxdur. Əziz həmkarım, sizə bu işinizdə böyük uğurlar arzulayırıq. Mədəniyyət nazirliyinə də təşəkkür edirəm ki, sizə dəstəkdir. İnanıram ki, bu festivalda iştirak edəcək tələbələrim Davud Nəsirli və Nərmin Nərimanlının çıxışları özlərinə məxsus yadda qalan olacaq. Öncədən bütün festival iştirakcılarını təbrik edirəm!”.

Nigar


 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Fidan Haciyeva (@fidan.haciyeva.official)