AŞPA LAÇIN DƏHLİZİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARA BİLƏRbackend

AŞPA LAÇIN DƏHLİZİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası 19-23 iyun 2023-cü il tarixlərində Strasburqda keçiriləcək.

Tribunainfo.az-ın xəbərinə görə, sessiyada Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin olunması ilə bağlı təcili müzakirə aparıla bilər.

İyunun 19-u, bazar ertəsi saat 14:30-da başlayacaq plenar iclasda Parlament Assambleyası yekun gündəliyini qəbul edəcək və bu müzakirələrin olub-olmayacağına qərar verəcək.

AŞPA debat tələbini təsdiq edərsə, o, 22 iyun 2023-cü il, cümə axşamı günü günortadan sonra (Strasburq vaxtı ilə 16:00-20:00) baş tutacaq.