Arvadını səhər tezdən işə çatarkən ÖLDÜRÜBMÜŞbackend

Arvadını səhər tezdən işə çatarkən ÖLDÜRÜBMÜŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən səhər saat 08-də Masallının Təzə Alvadı kəndində 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyev tərəfindən qətlə yetirilməsinin detalları məlum olub.

“Qafqazino”nun əldə etdiyi məlumata görə, hər iki şəxs daha əvvəl ailəli olubmuş və bu, onların ikinci evliliyi olub. Belə ki, yetkinlik yaşına çatmış 4 övladı olan G.Bəndəliyevin həyat yoldaşı 3 il əvvəl vəfat edib. Bundan sonra o, həyat yoldaşından boşanan S.Səfərova ilə evlənib. Onların arasında rəsmi nikah bağlanmasa da, G.Bəndəliyevin evində birgə ər-arvad kimi yaşamağa başlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, G.Bəndəliyevin son vaxtlar mütəmadi spirtli içki qəbul etməsi və digər səbəblərdən ailədə münasibətlər pisləşib, nəticədə S.Səfərova bir ay əvvəl onu tərk edib.

Dünən səhər saatlarında isə S.Səfərova təmizlik məqsədilə xadimə kimi işlədiyi mağazanın qapısını açarkən G.Bəndəliyev ona hücum edib. 59 yaşlı kişi qadını bıçaqlayaraq qətlə yetirib. O, daha sonra özünə də xəsarətlər yetirərək intihara cəhd edib.

Xəstəxanaya çatdırılan G.Bəndəliyevin həyatı xilas edilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda açılmış cinayət işinin istintaqı davam etdirilir.