“Araş” Firması cərimələnə bilər

“Araş” Firması cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Araş” Firması məhkəməyə verilib.

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ittiham edilir.

Bu maddə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi ilə bağlıdır.

Bu inzibati xətaya görə vəzifəli şəxslərin yüz əlli manat, hüquqi şəxslərin isə üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.