ARAİK BÜTÜN KOMANDASINI İSTEFAYA GÖNDƏRDİ – XANKƏNDİ ÇALXALANIRbackend

ARAİK BÜTÜN KOMANDASINI İSTEFAYA GÖNDƏRDİ – XANKƏNDİ ÇALXALANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arayik Arutyunyan Xankəndidə quruduğu qondarma hökumətin qondarma nazirlərini vəzifədən azad edib.

Tribunainfo.az-ın məlumatına əsasən, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Həmin “vəzifələr”in icrası müvəqqəti olaraq “müavinlər”ə tapşırılıb.

Belə ki, Mikayel Hayriyan “səhiyyə naziri”, Norayr Musaelyan “kənd təsərrüfatı naziri”, Anahit Akopyan “təhsil, elm, mədəniyyət və idman naziri”, Armine Petrosyan “sosial inkişaf və miqrasiya naziri”, Hayk Xanumyan “ərazi idarəetmə və infrastruktur naziri”, Jirayr Mirzoyan “ədliyyə naziri”, David Babayan “xarici işlər naziri”, Aram Sarkisyan “şəhərsalma naziri”, Vahram Bağdasaryan “maliyyə və iqtisadiyyat naziri” vəzifəsindən azad ediliblər.

Qarabağ separatçılarının yeni ” nazirləri” bu yaxınlarda “dövlət naziri” təyin edilən milyarder Ruben Vardanyanla məsləhətləşdikdən sonra müəyyən ediləcək.

Nigar