“Aquavita” zavodunun işçisi hündürlükdən yıxılaraq ağır xəsarət alıbbackend

“Aquavita” zavodunun işçisi hündürlükdən yıxılaraq ağır xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gecə saatlarında Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, qəsəbədə yerləşən “Aquavita” zavodunun 1996-cı il təvəllüdlü işçisi Hümbətov Bilal hündürlükdən yerə yıxılıb.

Yaralı qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.