Almaniya HƏMAS-ın fəaliyyətini tamamilə qadağan etdibackend

Almaniya HƏMAS-ın fəaliyyətini tamamilə qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniyanın daxili işlər naziri Nensi Fezer HƏMAS hərəkatının ölkədəki fəaliyyətini rəsmən qadağan edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Spiegel” yazır.

Qeyd olunur ki, HƏMAS 2001-ci ildən Avropa İttifaqının terror təşkilatları siyahısındadır, lakin Almaniyada məhdud fəaliyyət göstərir. Bundan əlavə, Fələstinin “Samidun” şəbəkəsinin fəaliyyəti də qadağan edilib. O, ləğv ediləcək.

“HƏMAS-ın İsrailə qarşı dəhşətli terror hücumlarına cavab olaraq Almaniyada kortəbii “bayramlar” keçirən “Samidun”un antisemit, qeyri-insani dünyagörüşünü xüsusilə iyrənc bir şəkildə nümayiş etdirir”, deyən Fezer Almaniyada antisemitizmə yer olmadığını bildirib.
Məlumata görə, “Samidun” özünü “Fələstin məhbuslarının həmrəylik şəbəkəsi” adlandırır, lakin Almaniya təhlükəsizlik orqanları bu şəbəkənin Fələstinin radikal təşkilatı Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi ilə sıx bağlı olduğu qənaətindədir. Şəbəkə İsrailə qarşı silahlı mübarizəni təbliğ edir, lakin HƏMAS-dan fərqli olaraq dini hərəkat deyil. Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi Aİ-nin terrorçu siyahısındadır.
Almaniya Konstitusiyasının Müdafiəsi Ofisinin məlumatına görə, ölkədə HƏMAS-ın 450-yə yaxın tərəfdarı var. “Samidun” tərəfdarlarının sayı məlum deyil.