backend

Akademik Arif Mehdiyev ad günündə vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev vəfat edib. 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev vəfat edib.

TİA.AZ xəbər verir ki, akademik bu gün 82 yaşında, doğulduğu gün dünyasını dəyişib. O, uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru olan akademik 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü olub.

Arif Mehdiyev “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Qeyd edək ki, A.Mehdiyevin ölümü ilə bağlı ilk məlumatı “Qafqazinfo.az” yayıb.