AK PARTİYA BEŞİKTAŞ MİLLƏT VƏKİLİ İSTEFA VERDİ – SƏBƏBbackend

AK PARTİYA BEŞİKTAŞ MİLLƏT VƏKİLİ İSTEFA VERDİ – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MHP sədri Dövlət Baxçalı və MHP sədrinin müavini Semih Yalçın, Beşiktaş-Antalyaspor matçında tribunadan qalxan “Hökumət istefası” şüarlarının ardından Beşiktaş üzvlüyündən istefa veriblər. Baxçalı və Yalçının ardından AK Partiya Balıkəsir Millət vəkili Yavuz Subaşı BJK Konqresindən istefa verdiyini açıqlayıb.

Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Subaşı, “Belə bir tərəfdarlıq olmaz. Bunun adı xaos və qarışıqlığa zəmin hazırlamaqdır” deyib.

Subaşı sosial mediada BJK Konqresi üzvlüyündən istefa verdiyini açıqlayıb.