Aİ Ermənistana 10 milyon avro ayıracaq, məqsədi…backend

Aİ Ermənistana 10 milyon avro ayıracaq, məqsədi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ermənistana 10 milyon avro ayırmağı planlaşdırır ki, bu da 2,5 il ərzində bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmaq üçün xərclənməlidir. Bu barədə “Azatutyun” radiostansiyasının erməni xidməti diplomatik sənədlərə istinadən məlumat yayıb.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, yardımın Avropa Sülh Fondundan veriləcəyi qeyd olunur. Modul tipli düşərgəyə həmçinin tibb klinikası və müvafiq xidmətlər və obyektlər daxil olacaq.

“Bu dəstəyin məqsədi Ermənistan Silahlı Qüvvələrinin dayanıqlığını və sabitliyi yaratmaq qabiliyyətini artırmaq və bununla da böhranlar və fövqəladə hallar zamanı mülki insanları daha yaxşı qorumaqda kömək etməkdir”, – nəşrin əldə etdiyi sənəddə deyilir.