AFFA Premyer Liqanın 3 klubunu cərimələdibackend

AFFA Premyer Liqanın 3 klubunu cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 3 klubunu cərimələyib.

Tribunainfo.az-ın məlumatına görə, buna səbəb XXXIII turda qeydə alınan neqativ hallar olub.

“Turan Tovuz” – “Neftçi” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığından, qurum onların hərəsini 800 manat cərimələyib.
“Qəbələ” ilə görüş başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması isə “Qarabağ”a 1600 manatlıq cərimə bahasına başa gəlib.