ABŞ VAŞİNQTONDA AZƏRBAYCAN-ERMƏNİSTAN DANIŞIQLARINI KONSTRUKTİV HESAB EDİRbackend

ABŞ VAŞİNQTONDA AZƏRBAYCAN-ERMƏNİSTAN DANIŞIQLARINI KONSTRUKTİV HESAB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən danışıqları konstruktiv qiymətləndirir.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sədr müavini Vedant Patel bildirib.

“Bizim fikrimizcə, keçən həftə müzakirələr konstruktiv olub və biz əminik ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri çətin problemlərin aradan qaldırılmasında mühüm irəliləyiş əldə ediblər. Biz əminik ki, daha çox xoşməramlılıq, çeviklik və kompromis ilə razılaşma əldə oluna bilər”, – Patel bildirib.

O, Ermənistan və Azərbaycan arasında dialoq, sabit və davamlı sülh naminə ABŞ-ın tam dəstəyini və iştirakını bir daha təsdiqləyib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi əmin olduğunu bildirib ki, “problemlərin həllində və uzunmüddətli sülhə nail olmaq üçün birbaşa dialoq əsasdır”.