ABŞ Rusiya raketlərini məhv etməklə hədələdibackend

ABŞ Rusiya raketlərini məhv etməklə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ “Orta və kiçikmənzilli raketlərin ləğvinə dair müqavilə”ni pozan istənilən Rusiya raketini məhv etməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bu fikirləri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison deyib.

O bəyan edib ki, əgər Moskva gizli şəkildə qadağan olunmuş qanadlı raket sistemlərini hazırlasa, Vaşinqton həmin silahları tətbiqə başlamazdan əvvəl vuracaq.

Onun sözlərinə görə, ABŞ Rusiyanın razılaşmanı pozduğunu bilir və sübutlar da var.

Rusiya tərəfi amerikalı nümayəndənin fikirlərinə hələlik reaksiya göstərməyib.