ABŞ institutu: “İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb”backend

ABŞ institutu: “İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmalaları İnstitutu məlumat yayıb.Bildirilib ki, bunun əsas səbəbi ölkədə edamların sayının artmasıdır: “Dünən, mayın 19-da rejim əleyhinə 10 etiraz aksiyası keçirilib. Bu, son bir həftə ərzində üçün rekord göstəricidir. Dünən, həmçinin 3 nəfər edam edilib”.

Qərb analitiklərinin fikrincə, edamlar rejim əleyhinə əhval-ruhiyyəni gücləndirməyə davam edəcək.
Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.