ABŞ həyəcan təbili çaldı – Xəbərdarlıq etdibackend

ABŞ həyəcan təbili çaldı – Xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək rütbəli amerikalı məmur bəyan edib ki, ABŞ konsulluğun hücumuna cavab olaraq İranın bölgədəki İsrail və ya Amerika bazalarını hədəf alması ehtimalına qarşı hazırlaşır.

Tribunainfo.az Euronews-a istinadən bildirir ki, İranın İsrailin Dəməşqdəki konsulluq binasına hücumuna cavab verəcəyini bildirməsindən sonra Amerika Birləşmiş Ştatları (ABŞ) həyəcan təbili çalıb.

ABŞ-ın konsulluq hücumuna cavab olaraq İranın bölgədəki İsrail və ya Amerika bazalarını hədəf ala biləcəyi ehtimal edilən hücuma qarşı hazırlıq gördüyü bildirilib.Amerikanın CNN xəbər kanalının önümüzdəki həftə içində hücum ola biləcəyi xəbərini təsdiqləyən səlahiyyətli, “Mütləq yüksək hazırlıq vəziyyətindəyik” dedi