“Biz ərzaq, dərman və digər zəruri ləvazimatların davam edən blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatıq”. Tribunainfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinq zamanı bildirib.
“Birləşmiş Ştatlar Dağlıq Qarabağ xalqına humanitar yardımın çatdırılmasını təmin etmək üçün son bir neçə həftə ərzində tərəflərlə daim işləyir və biz Laçln dəhlizinin humanitar, kommersiya və sərnişin daşımaları üçün dərhal açılmasına çağırışımızı təkrar edirik”.
Göründüyü kimi, ABŞ yenə “blokada”, “Dağlıq Qarabağ xalqı” ifadələri seçir. Bayden administrasiyasının ermənipərəst siyasəti hər çıxışda özünü göstərir.