ABŞ-da ən yeni istehsallardan olan qırıcı təyyarə qəzaya uğrayıb – VİDEObackend

ABŞ-da ən yeni istehsallardan olan qırıcı təyyarə qəzaya uğrayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın Cənubi Karolina ştatında ən yeni istehsallardan olan “F-35B” tipli təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ştat polisinin mətbuat xidməti məlumat yayıb.

“Qreys-Hildə Klarendon-roud və Co-Allen-drayv yaxınlığında aviaqəza barədə məlumat daxil olub. Hərbçilər onun hərbi təyyarə olduğunu təsdiq ediblər”, – deyə məlumatda bildirilir.

Pilotun katapult etdiyi qeyd olunur.

CNN-nin xəbərinə görə, söhbət məhz “F-35B” təyyarəsindən gedir.