ABŞ-da Azərbaycan səfirliyinin qarşısında erməni təxribatı – Videobackend

ABŞ-da Azərbaycan səfirliyinin qarşısında erməni təxribatı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər ABŞ-da Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tvitterdə yazıb.
“Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, – diplomat qeyd edib.
Qeyd edək ki, Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycanın ABŞ-dakı səfirliyinin inzibati binası qarşısında Xocalıda lentə alınmış fotolar və faciə haqqında faktların yer aldığı plakatlar nümayiş etdirilib.