Abramoviç Londondakı mülklərini keçmiş arvadının adına keçirdibackend

Abramoviç Londondakı mülklərini keçmiş arvadının adına keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, rusiyalı iş adamı Roman Abramoviç Londondakı varidatına həbs qoyulmasından ehtiyat edərək, 90 milyon dollarlıq mülkünü keçmiş arvadı Darya Jukovanın adına keçirib.

Nəşr xatırladır ki, Abramoviçlə Jukova daha öncə rəsmi olaraq boşanıblar.

* * *13:10

İsveçrə hökuməti yəhudi əsilli rusiyalı iş adamı, İngiltərənin “Çelsi” futbol klubunun prezidenti Roman Abramoviçə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verməyib.

BBC xəbər verir ki, buna səbəb kimi milyarder biznesmenin ictimai təhlükəsizliyi təhdid etməsi və ölkənin nüfuzuna xələl gətirməsi göstərilib.

Polisdən bildirilib ki, R.Abramoviç çirkli pulların yuyulmasında və mütəşəkkil cinayətkar qruplaşmalarla əməkdaşlıqda şübhəli bilinir.

R.Abramoviçin vəkilləri bu məlumatları təkzib edərək, milyarderlə bağlı informasiya yayanları məhkəməyə verəcəklərini deyiblər. Onların fikrincə, bu xəbəri yayanlar İsveçrənin informasiyanın məxfiliyinin qorunması haqqında qanunlarını və Cinayət Məcəlləsini pozublar.