43 dövlət saziş bağladı: Rusiyanın Ukraynaya vurduğu ziyanın reyestri və təzminatbackend

43 dövlət saziş bağladı: Rusiyanın Ukraynaya vurduğu ziyanın reyestri və təzminat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının İslandiyada keçirilən sammitində Rusiyanın təcavüzündən dəyən zərərin reyestrinə dair saziş imzalanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə sənədin məzmunu ilə tanış olan “Yevropeyska Pravda”nın müxbiri Reykyavikdən bildirib.

Avropa Şurasının müqaviləsi kimi imzalanacaq sazişdə təşkilatdan kənar dövlətlərin də cəlb olunması nəzərdə tutulur. Eyni zamanda, ayrı-ayrı AŞ üzvləri bu sazişi imzalamaya bilər.

Hazırda 43 dövlət daxili prosedurlar başa çatdıqdan sonra Haaqada yerləşəcək zərər reyestrinin yaradılmasını dəstəkləyib və ya dəstəkləməyi vəd edib, o cümlədən bütün G7 ölkələri. Avropa Şurasının 46 üzvü var. AŞ üzvü olan 6 dövlət bu “anti-Rusiya” sazişinə qoşulmamaq qərarına gəlib.

Müqavilə 24 fevral 2022-ci il tarixindən etibarən Rusiya Federasiyasının qanunsuz hərəkətləri nəticəsində Ukrayna dövlətinə, fiziki və hüquqi şəxslərə dəymiş zərərin və ya zərərin sübutlarının qeydə alınması üçün məlumat bazasının yaradılmasını nəzərdə tutur. Həmçinin zərərçəkmişlərin Rusiya Federasiyasına qarşı maliyyə iddiaları da bu bazaya daxil ediləcək. Güman edilir ki, razılaşdırılmış və təsdiqlənmiş iddialar daha sonra, beynəlxalq ictimaiyyət kompensasiya mexanizmi və onun doldurulma mənbələri barədə razılığa gəldikdən sonra həyata keçiriləcək.