2023 Emmy Mükafatının qalibləri açıqlandı (TAM SİYAHI)backend

2023 Emmy Mükafatının qalibləri açıqlandı (TAM SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bazar ertəsi, yanvarın 16-da Los-Ancelesdə 75-ci Emmy mükafatlandırma mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, mərasimin 2023-cü ilin sentyabrında keçirilməsi nəzərdə tutulsa da, Hollivudda yazıçı və aktyorların tətili səbəbindən 2024-cü ilə təxirə salınıb, lakin bu, heç bir şəkildə tədbirin əhval-ruhiyyəsinə və ya gözəlliyinə təsir etməyib. Mükafatın qalibləri “Ayı” komediya serialı və “Vərəsələr” dram serialı olub. Onların hər biri altı mükafat alıb.
Mini-serial nominasiyalarında əsas mükafatları “Qaynaq” toplayıb. Əslində bu seriallar Qızıl Qlobus, Critics Choice Awards və s. müküfatları da qazanıb. Həmçinin, mükafatlar “Ağ lotos” və  “Emminin ibtiadi məktəbi” seriyallarının son mövsümlərinə verilib.
Ən Yaxşı Xüsusi Əyləncə, Musiqi və ya Komediya Proqramı kateqoriyasındakı mükafata görə “Elton Con Live şousu” Docer Stadionundan vida sayəsində: Elton Con dünyada EGOT statusunu alan 19-cu şəxs olub, yəni bütün dörd əsas dünya mükafatının – Emmy, Grammy, Oscar və Tony-nin qalibi olub.
Emmy Mükafatı Qalibləri 2023
Ən yaxşı dram serialı  – “Vərəsələr”
Ən yaxşı komediya serialı  – “Ayı”
Dram serialında ən yaxşı aktyor : Kiran Kalkin, “Vərəsələr”
Dram serialında ən yaxşı aktrisa: Sara Snuk, “Vərəsələr”
Komediya serialında ən yaxşı aktyor  – Ceremi Allen Uayt, “Ayı”
Komediya Serialında Görkəmli Aktrisa : Kvinta Branson, “Ebbotun ibtidai məktəbi”

Dram serialında ən yaxşı ikinci plan aktyoru  – Metyu Makfadyen, “Vərəsələr”
Dram serialında ən yaxşı ikinci plan qadın rolu – Cenifer Kuliç, “Ağ lotos”
Komediya serialında ən yaxşı ikinci plan aktyoru – Ebon Moss-Bakrak, “Ayı”
Komediya serialında ikinci planda ən yaxşı aktrisa  – Ayo Edebiri, “Ayı”
Ən yaxşı mini serial və ya antologiya  – “Qaynaq”
Miniserial və ya filmdə ən yaxşı aktyor: Stiven Yan, “Qaynaq”
Mini serial və ya filmdə ən yaxşı qadın rolu: Ali Vonq, “Qaynaq”
Mini serial və ya filmdə ən yaxşı ikinci plan aktyoru: Pol Valter Hauzer, “Qara Quş”
Miniserial və ya filmdə ən yaxşı ikinci plan qadın rolu : Nisi Neş, Monstr: “Jeffri Damerin tarixçəsi”
Qaliblərin tam siyahısı ilə bu linkdə tanış ola bilərsiniz.