20 yaşlı xanımı və 8 aylıq körpəsini öldürən şəxslə bağlı YENİ XƏBƏRbackend

20 yaşlı xanımı və 8 aylıq körpəsini öldürən şəxslə bağlı YENİ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə başlayıb.
Bu gün cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Nurəddin Hüseynlinin sədrliyi ilə onlayn qaydada keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Prosesdə zərərçəkmiş tərəf iştrak etməyib. Təqsirləndirilən şəxs məhkəmənin qapalı keçirilməsi barədə vəsatət verib.
Vəsatət təmin olunub.
İş üzrə məhkəmınin baxış iclası fevralın 1-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.//apa