20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tribunainfo.az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.