15 dəfə Həccə gedən şəxs danışdı: “Boşuna deyil…” – FOTObackend

15 dəfə Həccə gedən şəxs danışdı: “Boşuna deyil…” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 4-də Azərbaycandan həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb.

Tribunainfo.az  oxu.az-a istinadən xəbər verir ki, onları yola salmaq üçün ilk dəfə olaraq Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlib.

O, həcc ziyarətinə gedənlər üçün dualarını çatdırıb, uğur arzulayıb: “Allahdan istəyirəm ki, onların həcc ziyarəti qəbul olsun. Arzu edirəm ki, Azərbaycana gözəl xatirələrlə və sağlam şəkildə geri dönsünlər”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib ki, ümumilikdə hər bir təyyarədə zəvvar sayı 180 nəfər təşkil edir: “Bütün hacılarımızın sayı 1 500 nəfərdir”.

15-ci dəfədir həcc ziyarətinə gedən Cavanşir Aşurov deyib ki, ziyarətdən doymaq olmur: “Oranı görmək lazımdır, o qədər gözəl keçir. Allah Azərbaycan xalqından razı olsun! Şəhidlərimizə rəhmət etsin! 15 dəfə getməyim boşuna deyil. Allah sizə də qismət eləsin!”