10 ildən sonra İLK SƏFƏR – Ərdoğan Misirə İsrailə təzyiq üçün gedir? – Ekspertdən şərh

10 ildən sonra İLK SƏFƏR – Ərdoğan Misirə İsrailə təzyiq üçün gedir? – Ekspertdən şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidentinin Misirə səfəri həm münasibətlərin normallaşması, həm də Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlara yönələcək.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev açıqlamasında bildirib. O qeyd edib ki, bu səfər tarixi hadisədir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir səfəri Yaxın Şərqdə baş verən son hadisələr fonunda xüsusi diqqət çəkir. Türkiyə prezidentinin bu səfəri son 10 ildə ilkdir. Bu baxımdan səfəri tarixi hadisə kimi qiymətləndirmək olar. Ümumiyyətlə, iki ölkənin münasibətlərinin pisləşməsi “Ərəb baharı” adlanan etiraz dalğası dövründə başlayıb.

Qəzzadakı vəziyyət və ümumilikdə müharibə hər iki ölkəni narahat edir. Bu baxımdan tərəflərin sülh istiqamətində ortaq addımlar atmaq, müəyyən məsələlərdə İsrailə təzyiqlər etmək və Qərbin də dəstəklədiyi iki dövlət modelini tətbiq etmək kimi məsələləri müzakirə etməsi istisna deyil”.

Nigar