Barəsində dəfələrlə cərimə protokolu imzalanan “ZZ Procurement” QSC bu dəfə də məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, QSC ilə bağlı iddianı tikinti materialları və beton istehsalçısı “Spark” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər alqı-satqı müqaviləsi üzrə mübahisə yaşayır.
Tərəflər arasında proses 27 fevral tarixindən başlayacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Zeynəb Axundovun icraatındadır.
Qeyd edək ki, məhkıməyə verilən “ZZ Procurement” 2017-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 000 AZN-dir. QSC-nin qanuni təmsilçisi Samir Sahib oğlu Əlizadədir. Şirkətin dövlətə 50 136 AZN borcu var.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən