Dünya milyarderləri ABŞ Prezidenti Donald Tramp ətrafında yaranan skandaldan sonra ümumilikdə 35 milyard dollar itiriblər.
Dünya milyarderləri ABŞ Prezidenti Donald Tramp ətrafında yaranan skandaldan sonra ümumilikdə 35 milyard dollar itiriblər.
TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı “Blumberq” agentliyi yayıb. Agentlik qalmaqal nəticəsində Bil Qeytsin 1 milyard dollar itirdiyini bildirib.
Qeytsin sahibi olduğu “Maykrosoft şirkətinin aksiyaları isə 2,8% ucuzlaşıb. Ən böyük itki verənlərdən biri də “Amazon” şirkətinin sahib Cef Bezos olub. Bezosun şirkətinin aksiyaları 2,2% ucuzlaşıb və 1,7 milyard dollar itirib.
Ən böyük itkiyə Feysbukun sahibi Mark Zukerberq məruz qalıb. Zukerberqin şirkətinin aksiyaları 3,3% ucuzlaşıb və Feysbuk 2 milyard dollar itirib.
Qeyd edək ki, dünən Amerikanın fond indeksləri Tramp ətrafında yaranan qalmaqallara görə son 8 ayın ən aşağı həddinə düşüb. Belə ki, “S&P” indeksi 1,8%, “Dou Cons” 1,8%, NASDAQ 2,6% geriləmə nümayiş etdirib.